“Səbail” Türkiyədə ilk yoxlama matçına çıxacaq
2026/27-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” qonşu ölkədə ilk yoxlama oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda sabah yerli saatla 16:00-da (Bakı vaxtı ilə 17:00) Türkiyə 2-ci liqasında mübarizə aparan “Güzide Gebzespor”la qarşılaşacaq.
Matç “The Sign Hotel”in meydançasında baş tutacaq.