“Gəncəbasar“ planlarını açıqladı
Adı “Cəbrayıl”dan “Gəncəbasar”a dəyişən və rəhbərliyi yenilənən I Liqa təmsilçisi fəaliyyətinin növbəti mərhələsinə keçib.
Sportliqa.az xəbər verir ki, klub ünvanını Bakıdan Gəncəyə dəyişib. Bununla bağlı klub tərəfindən futbol ictimaiyyətinə “Biz başlayırıq” sloqanı ilə müraciət ünvanlanıb. Müraicətin əvvəlində “Gəncənin, Gəncəbasarın tarixindən, adından güc alaraq formalaşmaqda davam edən klubla qarşınızdayıq”deyilir. Klub futbol ictimaiyyətini tarixin sınağından alnıaçıq çıxmış bir bölgədən, böyük futbol ənənələri olan əzəmətli Nizami yurdundan salamlayır.
Müraciətdə klubun gələcək planlarından, həyata keçirmək istədiyi işlərdən də söhbət açılır: “Gəncəbasar”ın məqsədi uzunmüddətli, dayanqlı, sabit klub formalaşdırmaq, uşaq futbol akademiyası yaratmaq, təmsil etdiyimiz bölgədə futbolun inkişafına töhfə verməkdir. Eyni zamanda azarkeşlərin rəğbətini qazanmaq, həyata keçirəcəyimiz işlərlə ön plana çıxmaq, yaxın gələcəkdə nailiyyətlər əldə etməkdir. Klubumuzun fəaliyyət planları olduqca geniş, strategiyamız müxtəlif istiqamətli, davamlı, sistemli inkişaf modelinə əsaslanır. Müəyyənləşdirdiyimiz prioritetlər kompleks şəkildə Azərbaycan futboluna xidmət etməkdir. Beləliklə, əzm, güc, qürur deyib başlayırıq”!