"Karvan-Yevlax"da növbəti legioner
– RƏSMİ
“Karvan-Yevlax” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub braziliyalı müdafiəçi Armando Melo Dos Santos Brenner ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.