1-ci Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırıldı
Azərbaycan 1-ci liqasında "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb.
Sportliqa.az PFL-in saytına istinadən xəbər verir ki, “Zaqatala” klubunun üzvü Əfqan Əliyev bu mükafata layiq görülüb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 4-cü turun “Şahdağ Qusar” - "Zaqatala" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.