"Qalatasaray" Çempionlar Liqası qrup mərhələsinin üçüncü turu çərçivəsində doğma meydanda "Bavariya"ya 1:3 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk oyundan sonra açıqlamalar verib. 50 yaşlı mütəxəssis rəqibdən üstün olnadıqlarını deyib:
"Bavariya"nın uzun müddətdir oyun baxımından bu qədər əzildiyini görməmişdik. Nəticə vacibdir. Birinci hissədə aşkar üstün idik. Azarkeşlərimizin dəstəyi möhtəşəm idi. Dəstəklə oyun birləşdi. Planımız bu idi. 5-6 qol vura bilərdik. "Bavariya" Çempionlar Liqasının ikinci favoritidir. Onların qarşısında çox üstünlük yaratdıq. İstifadə edə bilmədiyimiz fürsətlər oldu. Rəqib son nöqtəni qoymaqda daha yaxşı idi. Hesab 1:2 olandan sonra reaksiya verə bilmədik. Dəyişiklik etmək istəyərkən qol buraxdıq. Yaxşı işlər gördük. Qələbə qazanmalı olduğumuz matç idi".