“Qarabağ” klubunun futbolçusu Andrey Lunyov Rusiya millisindən dəvət gözləyir.
Sportliqa.az xəbər verir ki, bu barədə 32 yaşlı qapıçı “Championat”a açıqlamasında deyib:
“Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.
Rusiya millisi martda Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.