Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib.
Əvvəlcə "İmişli" "Şəfa"nı qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Şəfa"nın mövsümdə 2-ci qələbəsidir.
Turun mərkəzi matçında isə lider "Neftçi" "Zirə" ilə üz-üzə gəlib. Oyunda Yuri Vernidubun komandası Rəşad Sadıqovun kollektivinə qalib gəlib.
İlk dövrədə keçirilən oyunda "Zirə" "Neftçi"ni üstələmişdi - 1:0. Bu, "Neftçi"nin cari mövsümdə yaganə məğlubiyyəti olub.
27 noyabr
Misli Premyer Liqası, 13-cü tur
19:00. "Neftçi" – "Zirə" - 1:0
Qol: Breno Almeyda, 8
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov, Kamal Umudlu (VAR), Şirmamed Mamedov (AVAR)
"Palms Sports Arena"
14:30. "İmişli" – "Şəfa" - 1:3
Qollar: Elnur Cəfərov, 14 (0:1), 29 (0:2), Ronaldo de Souza, 41 (1:2), Musa Quel, 56 (1:3)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov, Nicat İsmayıllı (VAR), Zöhrab Abbasov (AVAR)
Yevlax şəhər stadionu
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az