“Qarabağ” klubunun futbolçusu Olavio Juninyo zədələnib.
Sportliqa.az xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın 23-cü turundan təxirə salınan “Qəbələ”yə qarşı matçda zədə alıb. Bu səbəbdən o, 40-ci dəqiqədə Leandro Andrade ilə məcburi əvəzlənib.
Onun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı hələlik bəlli deyil.
Qeyd edək ki, Juninyo bu mövsüm Premyer Liqada 15 qolla bombardirlər siyahısında liderdir.