Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası olacaq.
Sportliqa.az xəbər verir ki, Gəncədə keçiriləcək toplantı saat 14:00-da başlayacaq.
İclasın gündəliyinə AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər daxildir.
İcraiyyə Komitəsinin üzvləri bu gün həm də "Kəpəz"İn akademiyasının açılışında iştirak edəcəklər.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasının yanvarın 11-də Gəncədə təşkili planlaşdırılsa da, sonradan təxirə salınmışdı.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.