"Futbolçularımı təbrik edirəm, əzmkar qələbə idi. Bilmirəm bu qələbəni bəxtə bağlamaq olar, ya yox. Oyun başlayanda epzidolarımız var idi. İkinci yarıda rəqibin təzyiqini gözləyirdik. Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm. Uduzduğumuz oyundan sonra oyunun üzərində çox dayanmağı xoşlamıram. Həmişə rəqibi təbrik edirəm. "Kəpəz"lə oyunda üzərində çox dayanacaq səhvlərimiz də yox idi. Həmin matçdan cəmi 3 epizodu kəsib uşaqlara göstərmişdim. Pis deyildi, problemlərimizi bilirəm. "Turan Tovuz"la görüşdə də qələbə qazana bilməməyimizin səbəbini bilirəm. Sadəcə bunu açıqlaya bilmərəm. Rəqiblərə material vermiş olaram. Amma özüm bilirəm. O da komandanın içində baş verən problem deyil. Ehtiyat skamya çox güclü olmalıdır. Problem sırf bunda idi. "Səbail"ə uduzsaydıq, böyük problem olmayacaqdı. Uduzsaydıq, ondan yaxşı tərəfini çıxarardım. Çünki yeni yaradılan komandanın onurğasını qurmaq istəyirəm".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Premyer Liqanın 26-cı turunun "Səbail"lə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
- Masaki Murataya oyundan sonra hansı epizodu izah edirdiz?
- Oyuna baş məşqçi tapşırıqları ilə çıxırsan. Futbolçunu inkişaf etdirən məqam, rəqib təzyiq göstərəndə, orada verdiyi qərarlardır. Rahat olan vaxtı edirsənsə, təzyiq olanda niyə etmirsən? Bir-iki məsələni ona başa salırdım. Bir az əsəbi formada idi. Bir-iki oyunda sakit başala salırsan, birində də belə etmək lazımdır. Futbolda normal şeylərdir.
- Vüqar Mustafayevin durumu nə yerdədir?
- Xeyr, hazır deyil. O, komanda ilə yavaş-yavaş məşq edir. 4-5 məşq edib, amma onlarda da Vüqarı qorumağa çalışmışıq. Hələ ona xeyli vaxt lazımdır.
- Şahin Diniyev "Sumqayıt"ın vaxtı uzatması ilə bağlı narazılıq edirdi. Hətta ilk yarıda bununla bağlı sizə səsləndi...
- Onu eşitmədim. Şahin müəllim nə desə, mənim üçün qəbuldur. Futbolçular udmaq üçün belə elirsə, onları da qınaya bilmərəm. Amma futbolçulara sırf nəyisə demirik ki. Məsələn, Mehdi Cənətov topu çıxarmağa belə gedirsə, yemək yeməyə də eyni cür gedir. Bu onun təbiətidir. Şahin Diniyev deyirsə, görübsə, üzrlü hesab etsin.
- Futbolçularınız son nöqtəni qoymaqda çətinlik çəkirlər. Bu nə ilə bağlıdır?
- Səbəblər müxtəlifdir. Həmin vəziyyətdə onlar nə hiss edirlər...Mənim üçün nəsə demək çətindir. Məşqlərdə belə olmur. Məşqlərdə vəziyyət köhnə millimiz kimidir. Rahat oynayıb, udurduq. Nə deyim. Həmin epizodlardan 1-2-ni də vursaydıq, mən də rahat oturardım yerimdə.
- İkinci yeri tutub avrokuboklara getsəniz, komandanın özəyini qura biləcəksiz?
- Bu, bir il içərisində olan proses deyil. Bu qədər legionerimiz var və hamısı yüksək səviyyədədir, deyə bilmərik. Seçilirlər, yerlilər gəlir, digərləri gəlir. Bir komandanın formalaşması üçün uzun müddət lazımdır. Xaricdə baş məşqçilərlə müqavilə imzalayanda 3-4 imzalayırlar və deyir ki, 4 ildən sonra bunları edə bilərəm. Biz bunu öyrənməliyik. Bu il nə oldu ki, çıxaq avrokuboklara orada qruplara düşək? Bu gün "Səbail" təzyiq etdi, öz oyunumuzdan çıxdıq. Bu qədər təzyiqləri nə qədər yaşamalıyıq ki, mən də baş məşqçi kimi sezməliyəm ki, hansı futbolçu belə durumda özünü rahat hiss edəcəklər. Ondan sonra komanda belə-belə formalaşmalıdır. Hər uduzduğumuz oyundan nəticə çıxaracağıq. Udduğumuz oyun da bizə xoş motivasiya olacaq.
- "Sumqayıt"da qalaraq Qurban Qurbanovun "Qarabağ"da etdiyinini ən azından 1/3-ni etmək fikriniz var?
- O da yalnış düşüncədir. Çünki tək baş məşqçiyə aid olmayan məsələdir. Mən bayaq onurğadan danışdım. Bu gün "Sumqayıt"ın futbolçuları digər pullu komandalar üçün yemdir. Yaxşı mənada. Əgər mən istədiyim oyunçunu saxlaya bilməyəcəmsə, hansı onurğadan söhbət gedə bilər? Əfsuslar olsun, üzücü məqam odur ki, hər şeyi baş məşqçi etməlidir. Mən tək olaraq bu işi bacarmaram. Nəinki mən, heç kim bacarmaz. Azərbaycanda bizim üçün "Qarabağ" örnəkdir. Digər ölkələrdə də belə örnək var. Amma uzağa getmək lazım deyil, "Qarabağ" bizim üçün əsl örnəkdir. Lakin tək etmək olmur. Klub da tək prezidentdən asılı olan məsələ deyil. Ən ideal şərait "Sumqayıt"dadır, bunu etmək olar.
- Son vaxtlar indiki və əvvəlki millidən hansının güclü olması müzakirə edilir. Maraqlıdır, siz necə düşünürsüz?
- Bu söhbət uzanar, gərək burada çox oturaq. Bu məsələ ilə bağlı sizə şəxsən müsahibə verə bilərəm. Kiminlə oturub danışmışam, indiki millidəkilərin hamısı məndən yaxşı futbolçulardır. İndiki oradakı dayaq yarımmüdafiəçiləri bizim vaxtı oynaya bilərdilər? Bu artıq sualdır. O qədər qaçmaq, o qədər mübarizə aparmaq. Belə suallar var. Ən yaxşı qapıçı Kamran Ağayevi, sağ müdafiəçi Mahir Şükürov, mərkəz müdafiəçisi Rəşad Sadıqovu deyirlər. Mənim üçün ən güclü dayaq yarımmüdafiəçisi Emin Quliyev olub. Zaur Ramazanov, Zaur Tağızadə, Mahmud Qurbanov, Samir Əliyev kimi futbolçularımız var. Belə baxırsan, ən çoxu bizim futbolçu nəslindən seçilir. Bilmirəm necə və nə ilə indikini müqayisə edirik? Bizə o vaxtı aşılanan o vaxtı deyirdiz e, "qorxaq futbol". O vaxtları biz ömür boyu müdafiədə oturmalıydıq. Berti Foqtsdan əvvəl də elə idi. Az qol buraxırdıq və o bizim üçün artıq nəticə idi. Biz də futbolçular olaraq köklənirdik ki, nə badə bizə qol vursunlar. İllər keçdi, internet dövrüdür, gördük ki, biz də oynaya bilərik. Heç kim inciməsin, özümü çıxıram, mənim dövrümdə olan və bayaq adını çəkdiyim futbolçular indiki millidə "top" səviyyədə olardılar. İndiklər bu ruhla bizim millidə olardılar, bu da sualdır.
- Renat Dadaşov, yoxsa Vaqif Cavadov?
- Branimir Subaşiç, Samir Əliyev, Zaur Ramazanov, Vaqif Cavadov, Fərrux İsmayılov ondan sonra Renat Dadaşov.
- AFFA-dakı seçkilərdən sonra futbolumuzda inkişaf olacağını düşünürsüz?
- Uğursuz gedən komandaya yeni baş məşqçi gətirirsənsə, orada həmən nəsə sezilir. Təbii ki, yaxşılığa doğru. Rəhbərlik və oyunçular da canlanır. Burada da 100 faiz nələrsə olacaq. Sizi nə qədər qane edəcək, bunu zaman göstərəcək.