“Qarabağ”ın müdafiəçisi Kevin Medina Misli Premyer Liqasının 26-cı turunda “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- 3:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Maraqlı oyun alındı. “Zirə” də kifayət qədər yaxşı rəqibdir. Qalib gəldiyimiz üçün şadıq.
- Üç aylıq fasilədən sonra bu gün yenidən yaşıl meydana qayıtdınız. Təəssüratınız necədir?
- İnanılmaz sevinc hissi keçirirəm. Hər oyunçu meydanda olmağı arzulayır. Uzun müddətdir bu günü gözləyirdim. “Zirə” ilə matçda meydanda olduğum dəqiqələr qızıl dönəm idi.
- Kənardan “Qarabağ” necə görünürdü?
- Komandamız kənardan çox səliqəli, nizam-intizamlı görünürdü. Çox istərdim həmin anlarda meydanda, komandamın yanında olum. Çünki futbolçu üçün kənarda qalmaq çox çətindir.
- Sonra 10 tur qalmış “Qarabağ” ən yaxın rəqibini 24 xal qabaqlayır. Bu isə o deməkdir ki, artıq 2 turdan sonra komandanız növbəti çempionluğu təmin edə bilər...
- Mən o insanlardanam ki, iş sona qədər çatdırılmayıbsa, buna inanmıram. Bəli, böyük üstünlüyümüz var. Lakin hələ çempionluğu təmin etməmişik. Sırf özümə gəldikdə isə çalışacağam ki, qarşıdakı 10 tur ərzində mənə verilən imkanlardan yararlanım, formamı ən qısa zamanda bərpa edim.
- Qarşıdan “Bayer”lə cavab görüşü gəlir. Leverkuzendəki oyundan gözləntiləriniz nədir?
- Oyuna hələ bir neçə gün var. Sabahdan həmin matçın hazırlıqlarına başlayacağıq. Bizi çətin səfər matçı gözləyir. Buna görə də qarşıdakı oyuna çox yaxşı hazırılaşmalıyıq. Hər nə qədər çətin olsa da, uğur qazanmağa çalışacağıq.
- “Bayer”lə matçda komandanıza kömək etməyə hazırsınız? Bunun üçün özünüzdə güc hiss edirsiniz?
- Mən həmişə özümə inanıram. Mental olaraq da hazıram. Bu gün mənə verilən dəqiqələrdə özümü inamlı hiss etdim. Məşqçi şans versə, cavab matçında komandama kömək etməyə hazıram.(qol.az)