"Kəpəz" klubu Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Zirə"yə 1:2 hesabı ilə məğlub olub.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlərimizə təşəkkür edirəm. Komanda bu gün tam istədiyimiz kimi mübarizə aparmadı. Oyunda bəzi düşüşümüz oldu. Bunun qarşısını almalıyıq. Növbəti turlarda çalışacağıq ki, itirdiyimiz xalları bərpa edək.
- Ev oyunlarını keçirmək üçün stadion tapa bilmirsiz. Bu komandaya təsir edir?
- Futbolçulara bildirmişik ki, bu mövsümdə də, növbəti mövsümdə də bütün oyunlarımızı səfərdə keçirəcəyik. Hər oyuna səfər kimi yanaşırıq. Böyük bir təsiri yoxdur. Daha yaxın regionda oynasaq, daha çox azarkeşimiz gəlsə, komanda daha inamlı oynayar.
- Yeni mövsüm üçün "gözaltı" etdiyiniz oyunçular var?
- Komandadakı bütün futbolçulara güvənirik. Bəzən oyunçularda düşüş olur. Bunun qarşısını almağa çalışacağıq.
- Oyununuzda nə çatmadı?
- Aqressiyamız çatmadı. Bunu futbolçulara tapşırmışdıq. Komanda ilə iclasda bu haqda danışacağıq.
- Rəqib 1:0 öndə olarkən bir epizod oldu. Siz də həmin anda "Zirə"nin futbolçusuna ikinci sarı vərəqə verilməsini tələb etdiniz. O epizod oyunun qırılma nöqtəsi oldu?
- Rəqib 10 nəfərlə qalsa, tam başqa oyun olacaqdı. Yəqin ki, hakim fərqli görüb. Razılaşmaqdan başqa heç nə edə bilmərik. Toxunuş var idi.