Bu gün Azərbaycan Premyer Liqasımda XXVII tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edib. Hesabı meydan sahibləri açsa da, "Qarabağ" 3:1 fasilədən sonra 3 qol vuraraq qələbə qazanıb.
Turun son qarşılaşmasında "Sabah" "Sumqayıt"ın qonağı olub. Paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb və bununla da xallarını 40-a çatdıraraq 2-ci pilləyə yüksəlib. 3-cü pillədəki "Neftçi"nin də xalları eynidir.
17 mart
19:00. “Sumqayıt”– “Sabah” - 1:2
Qollar: Anatoli Nuriyev, 25 (0:1), Murad Xaçayev, 62-avtoqol (0:2), Erik Sorqa, 84 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:00. “Turan Tovuz” – “Qarabağ” - 1:3
Qollar: Otto Con, 10-pen. (1:0), Nəriman Axundzadə, 56 (1:1), Patrik Andrade, 73 (1:2), Toral Bayramov, 90+5-pen. (1:3)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Tovuz şəhər stadionu