
“Qarabağ” Misli Premyer Liqasının 27 turunda 71 qol vurub.
Pressing.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması