İsveçin "Yurqorden" klubunun idman direktoru Bosse Andersson Musa Qurbanlı haqda danışıb.
Sportliqa.az xəbər verir ki, "Fotboldirekt"ə danışan klub rəsmisi millimizin forvardının performansını dəyərləndirib:
"Biz Musanı transfer edəndə, artıq çoxları onunla maraqlanırdı. Belə bir oyunçuya maraq həmişə var".
Klub funksioneri Azərbaycan millisinin hücumçusunun 3 milyon 400 min avro dəyərində qiymətləndirildiyi Football Observatory (CIES) məlumatlarına da münasibət bildirib:
“Bu məbləği konkret hesablamaq çətindir. Amma Qurbanlının inkişafını zaman göstərəcək. Burada çoxlu müxtəlif məlumatlar var. Lakin əlbəttə ki, bir qədər yüksək qiymətləndirildiyi aydındır. Musa özünə daha çox güvənməlidir. Hücumçu üçün bunun qol vurmaqla çox əlaqəsi var. Musanın vəziyyətində, bu, çox güman ki, meydana çıxmaqla gələcək. Futbolçularda həmişə belə dövrlər olur. Bu, hətta Yurgen Klinsmannın başına da gəlib".