Azərbaycan Premyer Liqasının 28-ci turunda bu gün “Neftçi”ni qəbul edəcək "Qəbələ" oyuna itkilərlə çıxacaq.
Sportliqa.az xəbər verir ki, komandanın kapitanı Asif Məmmədov və hücumçu Ülvi İsgəndərov zədə səbəbindən bugünkü görüşü buraxacaq. Hər iki futbolçu komandanın dünənki məşqində iştirak etməyib.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” qarşılaşması saat 16:30-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.