Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçirilir.
Sportal.az xəbər verir ki, tədbirdə UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımcı da iştirak edir. Qurum rəsmisi çıxışı zamanı Azərbaycan futbolunun inkişafda olduğunu bildirib:
“Hamınızı salamlayıram. Fürsətdən istifadə edərək, sizə UEFA-dan salamları çatdırıram. Xüsusən də, Aleksandr Çeferin, UEFA İcraiyyə Komitəsinin, baş katibin sizə salamlarımı sizə çatdırıram.
UEFA adından 16 il AFFA-ya rəhbərlik etdiyi üçün Rövnəq Abdullayevə təşəkkür edirəm. 16 il ərzində enişli-yoxuşlu yollardan keçib. Buna baxmayaraq, AFFA-nı Avropa və dünya futbol cəmiyyətinə yeni simada tanıdıb. Verdiyiniz töhvə üçün sizə minnətdaram.
Yeni strategiya üçün AFFA-ya lazımi dəstəyi göstərəcəyik. Yeni tsikldə yeni füstətlər yaranacaq. Azərbaycan futbolu üçün də investisiya yatıracağıq. Futbol idmandan çox məna ifadə edir. Ümumbəşəri dildə danışan dəyərə çevrilib. Futbol bəşəriyyəti birləşdirir.
Konfrans olduğunu bildim və özüm bura gəlmək istədim. Rövnəq Abdullayev və Elxan Məmmədovla hər zaman dayanışma ilə birlikdə çalışdıq, bir millət iki dövlət kimi yanaşdıq. Ona görə də bura gəlmək istədik. Rövnəq Abdullayev və dostlarına Azərbyacan futboluna verdiyi dəstək üçün təşəkkür edirəm. Rövşən Nəcəf bəyi də təbrik edirəm, uğurlar arzu edirəm. Onun Azərbaycan futbolunu daha da irəli daşıyacağından şübhəm yoxdur. Azərbaycan futbolu son illərdə inkişafda idi. “Qarabağ” Avropada böyük işlər gördü. Uduzsa belə, Avropanın ən uğurlu komandasına uduzdu.”Qarabağ”ı təbrik edirəm. Təcrübə qazandıqca, uğurların davamı gələcək. Rövşən Nəcəfə də UEFA hər zaman yardım edib, yol göstərəcək. Uğurlar arzu edirəm”.
sportal.az