Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilir.
Sportliqa.az xəbər verir ki, tədbir zamanı quruma 16 il rəhbərlik etmiş Rövnəq Abdullayev çıxış edib. O, Azərbaycan futbol ailəsinə minnətdarlığını bildirib:
"AFFA kollektivinə, futbol ailəsinə minnətdarlığımı bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı, haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm. Şükür Allaha bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. Kral öldü, yaşasın yeni kral".