“Neftçi” yaşıl meydanlardakı uğursuz nəticələrlə yanaşı, klubdaxili məsələlərə görə də diqqətləri cəlb edir.
Sən demə, hazırda paytaxt klubunda iqtisadi cəhətdən böyük böhran yaşanır.
Sportliqa.az-a daxil olan informasiyaya görə, ciddi maliyyə sıxıntısı yaşayan Bakı təmsilçisi 2 aydır ki, futbolçularının məvacibini verə bilmir. Bu da “ağ-qaralı” forma geyinən oyunçuların ciddi narazılığına səbəb olub.
Demək olar ki, bu, komandanın elita və kubokdakı çıxışına təsirsiz ötüşmür. “Neftçi”nin son vaxtlar sərgilədiyi performansı və əldə olunan kafi nəticələri bununla əlaqələndirmək olar.
Onu da qeyd edək ki, bu yaxınlarda yerli mətbuatda paytaxt təmsilçisinin büdcəni "göyə sovurduğu" və kredit götürməyə hazırlaşdığı barədə məlumatlar yayılmışdı.
Elsevər Muradzadə