“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov “ARB 24” kanalına müsahibəsində müştərisinin gələcək taleyindən danışıb.
Sportliqa.az xəbər verir ki, o, "Qarabağ"ı sərt şəkildə ittiham edib:
"Andreyin və mənim Azərbaycan mediası ilə problemimiz olmayıb. Rəqəmlərlə bağlı yazılanlar həqiqəti əks etdirmir. Bunu yayan da ciddi qurumdur, sarı mətbuat deyil. Bəli, danışıqlarda bəzi problemlər olsa da, hər iki tərəfin razılaşmaq istəyi var. Futbolçu və klub arasında davam edən çətin danışıqlar zamanı belə xəbərin ortaya çıxmasını düzgün saymıram. Məncə, mediada yazılanlar "Qarabağ"ın razılığa ilə baş verir. Andrey dəyərini sübut edib və daha yaxşı maaşa layiqdir. Üstəlik, danışdığımız digər klublar onun dəyərini "Qarabağ"dan daha yüksək qiymətləndirirlər. Qənaətə gəlmişik ki, "Qarabağ"ın bu addımına görə, digər təkliflərə açıq olaq. Əgər futbolçu ilə vidalaşmaq istəyirsinizsə, niyə danışıqlar aparırsız? Azarkeşlərin rəylərini oxuyuram, Lunyovu düşmən ediblər. Bu münasibətin səbəbi kim olub?
"Braqa" ilə səfər matçında Andrey Lunyov UEFA-nın rəmzi 11-liyində yer almışdı. Amma Azərbaycan mediası onun oyununu az əmsallar ilə qiymətləndirirdi. Bəhlul Mustafazadə, Elvin Cəfərquliyevə isə hər zaman yüksək qiymətlər verilir. Elvin Cəfərquliyev qırmızı vərəqə alıb komandanı azlıqda qoyanda belə onu yüksək tuturlar, lakin 120 dəqiqə meydanda olan və komandanı xilas edən Lunyov yenə də az dəyərləndirilir. Bax, bunu başa düşə bilmirəm".