"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia "Səbail"lə oyundan (4:2) sonra müsahibə verib.
Çempionluq çoxdan təmin olunub deyə oyunlara hazırlaşmaq çətindir ya asandır ?
- Bəli, çempionluğu vaxtından əvvəl təmin etmişik. Amma hər oyuna ciddi yanaşırıq. Çünki bizim burda statusumuz var. Hər matçda maksimum nəticə üçün oynayırıq. Meydana yalnız qələbə üçün çıxırıq.
Bu gün özün də iki qol vurdun...
- Vacib olan komandamızın qələbə qazanmasıdır. Əsas işimiz budur. Qol vurduğum üçün də əlavə xoşbəxtəm.
Son zamanlar performansın yüksələn xət üzrə inkişaf edir. Uzun aradan sonra milliyə çağırıldın və oradakı qollarından biri “Puşkaş mükafatı”na namizəd göstərilir. Bu haqda nə düşünürsən?
- Əlbəttə, performansımın yüksək olması məni sevindirir. Hə, millidəki o qol çox gözəl alındı. Bu şəraiti qazanmaq üçün çox çalışmışam, öz üzərimdə işləyirəm. Son dövrlər bu, məndə alınır. Buna görə məşqçilərimə, Qurban müəllimə, Allaha minnətdaram.
Bir vaxtlar "Lion"da oynayanda səni Kərim Benzemanın əvəzləyicisi kimi görürdülər. O dövrlərə qayıtdığını demək olar, yoxsa bundan da artığını edə bilərsən?
- Bəli, indi karyermın inkişafda olduğu dönəmdir. Baş məşqçimizə və məşqçi korpusuna təşəkkür edirəm. Çünki onlar mənə xüsusi yanaşırlar. İnkişaf etməyim üçün çalışırlar. Davamlı olaraq uğurlu çıxış etməyim yaxşı alınır, buna görə şadam. Ümid edirəm ki, komandama bundan artığını da edə biləcəm.
Ötə həftə Fransa mətbuatına açıqlamanda demişdin ki, bu ölkənin klublarından təklif almısan.
- Bəli, belə təkliflər var idi. Amma bu, qışda olmuşdu.
Hazırda yoxdur?
- İndi bu haqda düşünmürəm. Bütün diqqətimi komandama yönəltmişəm. Bütün bu məsələlər barədə mövsümün sonundan nəyisə müzakirə etmək olar.
Şəxsi istəyin necədir - "Qarabağ"da qalmaq istəyirsən, yoxsa?..
- Mən burda xoşəxtəm, hər şey ürəyimcədir. Klub, komanda, futbolçular, məşqçilər....Hər şey əladır. "Qarabağ"la hələ bir il də müqaviləm var. Ona görə indidən nəsə deyə bilmərəm.
mediasport.az
Foto: Jose Manuel Alvarez/Quality Sport Images