Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini elan edib.
Sportliqa.az xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.
13 pillə irəliləyən “Qarabağ” (176,5 xal) 48-cı sırada yer alıb. Bir pillə irəliləyən “Neftçi” (62 xal) 377-ci, 4 pillə irəli gedən “Sabah” (58,75 xal) isə 413-cüdür.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) komandası üçüncüdür.