Əvəzedicilər Liqasının 28 qolla bombardiri olan "Neftçi-2"nin hücumçusu Ağadadaş Salyanskinin AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına səbəb etdiyi qeyri-etik hərəkət olub.
Belə ki, gənc hücumçu komandasınının “Sumqayıt-2”yə 1:3 məğlub olduğu görüşün 90+5-ci dəqiqəsində üzünü rəqibin ehtiyat skamiyasına tutaraq hər kəsi təhqir edib.
Ara da bundan sonra qarışıb.
Öncə “Sumqayıt-2”nin baş məşqçisi Vaqif Cavadov forvardın atdığı addıma sərt reaksiya verib.
Münaqişə onun həmkarı Rəşad Abdullayevlə davam edib.
Yalnız digər futbolçuların araya girməsi ilə instident başa çatıb.