
Bu gün Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində 2 matç keçiriləcək.
Sportliqa.az xəbər verir ki, əvvəlcə autsayder "Qəbələ" 6-cı yerdəki "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 16:30-da başlayacaq.
Digər oyunda isə 4-cü yerdəki "Neftçi" evdə 8-ci pillədəki "Araz-Naxçıvan"la qarşılaşacaq. Bu matç saat 19:00-da start götürəcək.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
13 aprel (şənbə)
16:30."Qəbələ" – "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Qəbələ şəhər stadionu
19:00."Neftçi" – "Araz-Naxçıvan"
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
"Neftçi Arena"