"Zirə"nin formasını geyinmiş futbolçu 35 yaşında vəfat edib
16 Aprel 2024 11:32
2017/2018-ci illər mövsümündə "Zirə" klubunfa oynamış Jozef Bum vəfat edib.
Sportliqa.az xəbər verir ki, qəsəbə klubunda 17 matçda forma geyinmiş kamerunlu müdafiəçinin ölüm səbəbi barədə məlumat yoxdur.
35 yaşlı afrikalının həyatını itirməsi ilə bağlı keçmiş klubu "Antalyaspor" ailəsinə başsağlığı mesajı paylaşıb.
O, Türkiyədə "Mersin idmanyurdu" klubunda da forma geyinib.