
AFFA İntizam Komitəsi “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlını cəzalandırıb.
Sportliqa.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, buna onun Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a qarşı matçın fasiləsində hakimləri təhqir etməsi səbəb olub. Buna görə menecer 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Qəbələ” 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Qeyd edək ki, "Qəbələ" - "Turan Tovuz" görüşü qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması