Azərbaycan Premyer Liqasında 31-ci turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
28-ci turda çempionluğunu rəmiləşdirən "Qarabağ" sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edib və 2:2 hesablı bərabərə qalıb.
Günün digər matçı isə ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacib idi. "Neftçi" "Zirə"nin qonağı olub. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda hesab 1:1 ikən 10 nəfərlə qalmasına baxmayaraq, daha 2 qol vuraraq 3:1 hesablı qələbə qazanıb. Bu qalibiyyətlə xalını 49-a yüksəldən "Zirə" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.