
"Qarabağ"ın aparıcı futbolçusu Abdullah Zubir bir neçə xarici ölkə klubunun maraq dairəsindədir.
Sportliqa.az xəbər verir ki, 32 yaşlı vinger ilə Fransa Liqa-1-də çıxış edən "Tuluza" klubu da yaxından maraqlanır.
Bu barədə Fransanın “Le Quotidien du Sport" nəşri məlumat yayıb.
Qeyd edilib ki, Zubiri transfer etmək uğrunda mübarizə çətin olacaq. Çünki fransalı futbolçunu Şotlandiyanın “Seltik”, Almaniyanın “Auqsburq”u və Səudiyyə Ərəbistanının "Ər-Riyad" klubları da heyətlərinə qatmaq istəyir.
Bildirək ki, onun Ağdam təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması