Azərbaycan Premyer Liqasının 33-cü turunun "Qarabağ" - "Neftçi" oyununun keçiriləcəyi stadion dəyişdirilib.
Sportliqa.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Mayın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan qarşılaşma təşkilati işlərlə əlaqədar olaraq "Azersun Arena"da oynanılacaq.
Oyunun başlama saatı və tarixi ilə bağlı hər hansı dəyişiklik edilməyib. Matç saat 19:30-da start götürəcək.