VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Misli Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.
Sportliqa.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bu addım AFFA Hakimlər Komitəsinin Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.
Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.
13-cü turda AVAR-2 təyinatları:
“Neftçi” - “Zirə”
AVAR-2: Fəridə Lütfəliyeva
“Sabah” - “Araz-Naxçıvan”
AVAR-2: İslam Məmmədov
"Qarabağ" - “Sumqayıt”
AVAR-2: Niyaz Əhmədov
Qeyd edək ki, Msili Premyer Liqasında 13-cü tura bu gün start veriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az