Azərbaycan Premyer Liqasının 33-cü turunda keçirilən “Turan Tovuz” – “Zirə” matçından (1:2) sonra qalmaqal yaşandı.
Meydan sahiblərinin bəzi azarkeşləri məğlubiyyətdən sonra baş məşqçi Ayxan Abbasovun ünvanına "istefa" şüarı səsləndirdilər.
Bu hal isə komandanın kapitanı Kamal Bayramovu da özündən çıxardı.
Oyun bitər-bitməz tribunaların önünə gələn qolkiper bu addımı atan azarkeşləri sərt qınadı.
Bayramov matçdan sonra Pressing.az-ın əməkdaşının suallarını cavablandırıb:
- Kamal, bu qədər əsəbiləşməyinə səbəb nədir?
- İstefa qışqıran azarkeşləri gördüm. Bəs reallıq? Gəlin hər şeyi açıq danışaq. Biz keçən il burada ac-susuz qalanda, yemək tapmayanda, Gürcüstanda 1 formanı 4 futbolçuya verib şəkil çəkdirəndə həmin adamlar hardaydı? Biletin pulunu verib, komandaya kömək etmək istəməyərək stadionun hasarından tullanan insanlar bu gün istefa qışqırır. Amma pulunu verib gələnlər dəstək olur. Pulsuz insan ola bilər. Lazım gəlsə biz də kömək edərik. Bu başqa söhbətdi. Bizdən qabaq 9 il "Turan Tovuz" Birinci Liqada mübarizə aparıb. Və həmin müddətdə komanda oyun alqı-satqısı ilə məşğul olub. Kiməsə şər-böhtan atmıram. Bu faktı biz də bilirik, mətbuat da. Buna görə hüquq mühafizə orqanları bir çox şəxsləri qeydiyyata aldı, futboldan uzaqlaşdırıldı. "Turan"ı çox istəyib, istefa qışqıranlar eşitsin. Bizim komanda keyfiyyət olaraq zəfdir. Qarşımıza çempionatda qalmaq məqsədi qoymuşuq. Bir qədər yuxarıda ola bilərdik, amma olmadı. Hər oyunda bizim uduzmağımızı gözləyib istefa qışqıranlar var. Ardıcıl neçə oyun məğlub olmadıq. Sıxıb saxlayırlar ki, uduzaq və bunlar istefa qışqırsın.
- Niyə?
- Heç nə bir anda olmur. Pillə-pillə əldə edilir. "Qarabağ" bu günlərə bir günün içində gəlib çatmayıb. "Zirə" neçə illərdi oynayır hələ indi harasa düşməyə şans qazanır. 50 qram araq vurur, kefi kök, oğluna alacağı sinikersin də pulunu qoyub topaza "Turan"ın qələbəsini yazır. Biz də futbolçuyuq da. Uduzmaq da olacaq. Belə olanda başlayır istefa deməyə, təhqir etməyə. Cavabını verəndə deyir ki, bizi təhqir edirsən. Sən təhqir edəndə olur, mən edəndə yox? Belə bir şey var?
- Təbii ki, olmaz…
- Azarkeş tənqid edə bilər, təhqir yox. Sahəsindən, kimliyindən asılı olmayaraq təhqir etmək olmaz. Biz böyümək üçün bu şeylərdən də keçəcəyik. Amma Tovuz futbolunun inkişafını istəyiriksə, birinci tribunadan başlamalıyıq. Bu işləri görən hansısa 4-5 nəfər kiminsə əlaltısıdır.Azarkeş tənqid edə bilər, təhqir yox. Sahəsindən, kimliyindən asılı olmayaraq təhqir etmək olmaz. Biz böyümək üçün bu şeylərdən də keçəcəyik. Amma Tovuz futbolunun inkişafını istəyiriksə, birinci tribunadan başlamalıyıq. Bu işləri görən hansısa 4-5 nəfər kiminsə əlaltısıdır.
- Arasında şəxsən tanıdıqların var?
- Əlimi uzadıb göstərirəm ki, filankəsin arxasında durma. İstefa qışqırıb qarşısındakı adamın arxasında gizlənir. Şərəfin, mənliyin olsun. İstefa qışqırırsan niyə gizlənirsən? Gəl üz-üzə qışqır da. Kişisən mərdi-mərdanə üz-üzə etirazını et. Belə Tovuz futbolu inkişaf etməyəcək. Niyə 9 il burda oyun alveri gedəndə həmin şəxslər gəlib meydançanın otunu qaldırmadı ki, a kişi, siz burda nə işlə məşğulsunuz? İndi istefa qışqıranların içində oyun alqı-satqısı edənlər, onların himayədarları da var. Niyə 9 il burda oyun alveri gedəndə həmin şəxslər gəlib meydançanın otunu qaldırmadı ki, a kişi, siz burda nə işlə məşğulsunuz? İndi istefa qışqıranların içində oyun alqı-satqısı edənlər, onların himayədarları da var.2,5 il Tovuzda oynamışam. Pulumu ala bilmirdim. Aydan aya problemlərimi həll edə bilmirdim. Maaşlarımızı vermədikləri üçün dəfələrlə oyunlara çıxmamışıq. Bu gün yavaş-yavaş işlər görülür. Akademiya binası tikilir, tablo qurlaşdırılıb, işıqlandırma sistemi yerləşdirilib. Gərək Ayxan Abbasov həmin pullara oyunçu alardı. Neynirdi ki, gələcəkdə o binada qalacaq tovuzlu uşaqların gələcəyini? Deyərdi ki, mənə 2-3 milyon əlavə büdcə verin oyunçu alım. 1-2 ildən sonra da büdcə dağılıb gedərdi. Necə ki, "Xəzər Lənkəran" və bir neçə klubumuz illər əvvəl bunu ediblər. Bu gün də ona görə yoxdular. Elə istəyirsiniz? Bu gün yavaş-yavaş işlər görülür. Akademiya binası tikilir, tablo qurlaşdırılıb, işıqlandırma sistemi yerləşdirilib. Gərək Ayxan Abbasov həmin pullara oyunçu alardı. Neynirdi ki, gələcəkdə o binada qalacaq tovuzlu uşaqların gələcəyini? Deyərdi ki, mənə 2-3 milyon əlavə büdcə verin oyunçu alım. 1-2 ildən sonra da büdcə dağılıb gedərdi. Necə ki, "Xəzər Lənkəran" və bir neçə klubumuz illər əvvəl bunu ediblər. Bu gün də ona görə yoxdular. Elə istəyirsiniz? Yenə komanda aşağı liqaya düşsün? Gül kimi fəaliyyətiniz vardı hə? Komandada oynayan bəzi futbolçular da qazanırdı, siz də qazanırdız. Gül kimi xarici saytlarla işləyirdiz, Bakıdan torbalarla pul gətirirdiz. Biz bunları bilmirik? Afrikada yaşayırıq Azərbaycandan xəbərimiz yoxdur? Oyun alverinə görə sorğu-sual olunanlar indo sosial şəbəkələrdə rəy yazır. Deyir ki, tovuz futbolunu məhv edirlər. Ay namussuz, sən Tovuz futbolunu fikirləşən oğlansan? Belə də deyirəm ki, özü oxusun. Bu meydançada oyun alıb-satan adam idin. Bəli, azarkeş istefa qışqıra bilər. Amma futbolda mən belə istəyirəm deyə bir şey yoxdur. Bu gün rəqib komanda ilə "Turan" arasında böyük büdcə fərqi var. Maliyyə də keyfiyyət deməkdir. 4 minlik də, 400 minlik də, 4 milyonluq da futbolçular var. 4 minliklə 400 minlik eyni olacaqdısa, niyə bu qiyməti verirdilər? Bizim imkanımız 4 minlik futbolçuya çatır. Deyirlər Tovuzda hamı futbolu bilir. Qardaş, boş söhbətdir. O qədər dedik ki, burda hamı futbolu bilir, indi bizə deyirlər siz futbolu bilmirsiz, hər şey biz deyən kimidir. Futbola azarkeşin baxışı başqadı, futbolçu və məşqçinin baxışı tamam başqa. Bəli, yerli camaatdan futbolu yaxşı bilən, dərk edən insanlarımız da var. Hər kəsə şamil eləmirəm. O bilmiyənlərin düşüncəsi bilənlərin də önünü kəsir. Belə olmayacaq. Tez-tez Ayxan müəllimlə söhbət edirəm. Məsləhətlər alıram ki, gələcək işlərimdən faydalanım. O, həmişə deyir ki, biz nə qədər ki, buradayıq inkişaf üçün addımlar atmalıyıq. Gedəndən sonra deməsinlər ki, Ayxan Abbasov pulu dağıdıb getdi. Yox, biz özümüzdən sonra nəsə qoymalıyıq. Bu, bizim baş məşqçinin fikridir. Tribunada oturanlar da istəyir ki, 400 minlik oyunçu alaq. Hansısa saşa yesin getsin. Tovuzlu balalar asfaltın üstündə böyüsə də olar. Onların fikirlərini mən başqa cür qəbul edə bilmirəm. Bayaq azarkeşlərlə danışanda deyirəm ki, 500 km məsafəni eşidən bura gəlmir. Ayxan müəllim ondan-bundan xahiş edib razı saldı. Ötən yay Gürcüstanda toplanışda olanda yemək üçün süfrəyə əlavə çörəyi öz cibimizin pulu ilə almışıq. Amma bu gün bizə istefa qışqırırlar. İstefa qışqıranların bundan xəbəri olub? Heç kimin məlumatı olmayıb. 3-4 formanı çətinliklə tapıb yeni transferlərə geyindirirdik ki, sayt üçün şəkillər göndərək. Keçən il legionerlərə yalan danışmaqdan utanırdım. Legionerləri Hacıkəndə aparıb gəzdirirdim. Mənim işim deyil. Amma kapitan olaraq bunları edirdim ki, legionerlər darıxmasın, başı qarışsın. Afrikalını aparmışam Göy-gölə, təəccüblə mənə baxır ki, bu məni bura niyə gətirib? O çətin vaxtlarımızda hardaydız? Adam danışmaq istəmir. Amma bilmələri üçün danışmaq lazımdır. Biz bu gün rəhbərliyin qarşımıza qoyduğu hədəfi yerinə yetirmişik
- Böyümək üçün bu yolları keçməliyik dedin. Belə münasibətlə mümkünsüz görünmür?
- Yox, biz keçəcəyik. Biz bunu bacaracağıq. Hər kəsin sevimlisi ola bilmərik. Belə istəmiyənlər də olacaq. Sevmiyənlər də düzələcək.
- Kamal, azarkeş azad olmalıdır. Fikirlərini də azad dilə gətirməsində sərbəstdir. Niyə Tovuzda istefa sədaları eşidilən kimi, bunun arxasında hansısa qüvvələrin olduğu iddia edilir?
- Dəfələrlə azarkeşlərlə görüşlər keçirmişik. Bu fikirlərin haradan qaynaqlandığını öyrənməyə çalışmışıq. Müəyyən söhbətlərdən sonra deyiblər ki, bizə başqa cür demişdilər. Başqa cür kim demişdi? Bəzi insanlar çayçılarda oturub domino oynadığı vaxt arxamızca az söhbət eləsinlər. Arasında içimizdən olan adamlar da var. Hamısından xəbərimiz var. Nə yaşlarına, nə də keçmişlərinə yaraşmır.
- Ardıcıl uğurlu oyunlardan sonrakı ilk məğlubiyyətdə istefa sədalarının eşidilməsi futbolçulara necə təsir edir?
- Təbii ki, pis. O qədər olub ki, meydana çıxanda özümüzü qonaq meydanında kimi hiss etmişik. Çünki bir top itkisində, kiçik səhvdə öz futbolçumuza təzyiqlər olur. Əgər komandanın, oyunçuların inkişafını istəyirsənsə, səhv edəndə dəstək olmalısan. Futbolçular da bundan ilham alsın. Təzyiq olanda psixoloji gərginlik yaranır. Komandanın içində bunu görürəm. Öz azarkeşimizin etdiyi ən xırda təzyiq də qonaq azarkeşlərin etdiyindən pisdir. Biri var kənardan udar görəsən, biri də var doğmalarından.
- Bu gün əsas komanda çox müzakirə olunur. Tovuzlu futbolçuların yoxluğundan şikayət olunur. Amma "Turan Tovuz-2" komandası Əvəzedicilər Liqasında sonuncu pillədə qərar tutub. Bəlkə, hesabat ilk əvvəl aşağıdan başlanmalıdır? İllərdi niyə yerli futbolçu yetişdirilməyib deyə...
- Azarkeşi bu məsələdə qınamıram. Onlar azarkeş kimi baxır. Onlar mütəxəssis kimi bilmir ki, inkişaf necə aparılır.
- Azarkeşi anladıq, bəs arxada gizləndiyini dediyiniz qüvvələr bunu görmür?
- Hər kəsin gözü A komandasındadır. Bu gün bizim akademiyada 30-a yaxın futbolçu yerləşir. Biz elə olub ki, meydana bir türk vətəndaşı, 10 Tovuz qeydiyatı olan futbolçu ilə çıxmışıq. Amma bugünkü gün akademiyamızda Zaqatala, Qax, Balakəndən olan uşaqlar var. Niyə 15 il əvvəl Cavid Hüseynov, Vurğun Hüseynov, Elvin Məmmədov, Cavid Tağıyev, Ruslan Abbasov, Nadir Nəbiyev yetişirdi, amma indi onlardan biri yoxdur? Biz "Turan"a təzə gəlmişik. 10 ildi Birinci Liqada oynayan komandada kimləri yetişdiriblər?
- Bunun hesabatı niyə aparılmır?
- Apara bilməzlər. Sərf eləmir. Maraq yalnız A komandayadır. Niyəsini də hamımız yaxşı bilirik.
- Bəlkə, açıqlayasan həqiqətlərdən hər kəs məlumatlı olsun?
- Sizə bir misal çəkim. Keçən il bir azarkeş tribunadan bizi söyürdü. Bir neçə dəfə eyni hal təkrar oldu. Axırda soruşdum ki, niyə söyürsən? Cavab verir ki, ə, mən burda işləməliyəm. Belə şey var? Deməli, 2-3 dəfə söyüş söyəcəksən səni işə götürəcəklər? Get işinlə məşğul ol. Sən dediyin burada keçmir. Meydançada oyun satan futbolçu ilə qol-qola gəzirdilər. İndi həmin şeylər yoxdur. Ona görə aqressivləşiblər. Hamısına şamil etmirəm. Bizi dəstəkləyən hər kəsdən Allah razı olsun. Məni dəstəkləməyə ehtiyac yoxdur. Tovuz futbolun dəstəkləmək lazımdır. Hamımız bunun üçün çalışırıq. Heç sabah mən də burda olmayacam. Hə olardı hansısa legioner məşqçi. Gəlib deyəcəkdi ki, mənə ayı 25-30 min dollarlıq oyunçu gətirin. Getdi sənin tovuzlu balaların pulları. Bir ildə yeyib, dağdıb gedəcəklər. Nə effekt verəcək? Tribunadan başlamalıyıq. Ora bizi dəstəkləməsə işlər düzələn deyil. Məni dəstəkləmək lazım deyil. Görəndə salam da verməsinlər. Tovuz futbolunun inkişafı üçün atılan addımları dəstəkləməsələr burada futbol inkişaf etməyəcək. Mən əvvəlki rəhbərliyin də dönəmində burada futbol oynamışam. Uduzduğumuz oyunlar olub ki, futbolçuları yeməkxanaya buraxmayıblar. Belə peşəkarlığı olan adamlardan nə gözləyəsən? Hansı dövrdən hansı dövrə gəlmişik. Klubun bir çox sabiq idarəçiləri ilə üz-üzə gələndə salam belə vermirəm.
- Niyə?
- O adamlar mənim haqqımı yeyib. Necə salam verim? Heç vaxt da haqqımı halal etməmişəm. Tək mənim yox, klubda neçə-neçə adamın haqqını oğurlayıblar. Bu klub üçün hər biri qara ləkədir.
- Çıxış yolunu nədə görürsən?
- Baş məşqçimiz bizi heç vaxt ayağa vermir. Amma acı həqiqətdir ki, bu gün keyfiyyət olaraq bir çox komandadan aşağıdayıq. Bunu gizlətmirəm. Bu gün Meza Kolli sonradan oyuna daxil olub matçın taleyini dəyişdi. Adam gəzə-gəzə qələbəni həll etdi. Komanda yoldaşlarımın da xətrinə dəyməsin. Azarkeşlərin tribunadan tələb etməsilə keyfiyyət artmır. Olanımız budur. Bizim göstəricilərimiz maksimum bundan bir az yuxarı ola bilər. 5-6 minlik futbolçu ilə böyük hədəflər mümkün deyil. Niyə "Qarabağ" Lunyovu yox, məni aparıb oynatmır? Gətirib pulu Kamala versin də. Azarkeşlər, futbolçular arasında reallığı qəbul edən insanlar azdı. Bu gün mənim qiymətim 4-5 manatdı deyə keyfiyyətim də bura qədərdi. "Zirə"nin qapıçısının oyunların dəfələrlə izləmişəm. Bu mövsüm ən azı 10 oyunda komandanı kürəyinə alıb xilas edib. Bizdə elə oyunlar tapa bilmirəm ki, deyəm Kamal Bayramov "Turan"ı xilas edib.
- Bu gün tribunalar ilə meydandakıların arasında vəhdət yoxdur. Ən azı keyfiyyət qədər həm də bu məqamın “Turan”I sarsıtdığını deyə bilərikmi?
- "Zirə"dən üstün futbol oynadıq. Rəqibin 2 epizoddan 2 qol vurdu. Tribunalara baxırdım sanki azarkeşlər bizim qol buraxmağımızı və kimlərinsə sifarişini yerinə yetirmək üçün çox sakit şəkildə gözləyir. Qol buraxandan sonra tribunaya baxırsan, bir adam demir ki, davam edin, düzələcək. Həmən dəqiqə istefa eşidirik. Soruşursan başını aşağı salır. Belə şey olar? Mənim təcrübəm azdı, amma Ayxan müəllim çox təcrübəlidir.
- Oyundan sonra nə dedi?
- Əsəbimdən birbaşa duş otağına getdim. Sakitləşməyimə ehtiyac vardı. Həmin anda ən əzizim də nəsə desə bəlkə də eşitməyəcəkdim. Paltardəyişmə otağına qayıdanda Ayxan müəllim mənə yaxınlaşıb dedi ki, səbrli ol, biz bunlardan keçməliyik.
- Deməli, Ayxan Abbasov başverənlərə psixoloji olaraq hazırdı...
- Təbii ki. O, hara gəldiyini, nəyə gəldiyini çox yaxşı bilir. Onun futbol savadına, psixologiyasına bələdəm. 4 il "Zirə"də, 2 ildi burada bir yerdə işləyirik. Özümün çətin durumları olanda belə Ayxan müəllimlə müzakirə edirəm. Hər zaman mənə doğru yol göstərir. Mən də bir kapitan olaraq ona dəstəyəm. Sonuna qədər yanındayam. Verdiyi bütün qərarla birinci mənim üçün keçərlidir.
- Legionerlər yaşananlar barədə sizinlə hər hansı müzakirələr aparırmı?
- Biz çalışırıq ki, burada uğursuz olan legioner də Tovuzdan pis əhval-ruhiyyədə getməsin. Növbəti gələn əcnəbilər komanda barəsində ilk olaraq bunlardan soruşacaq. Elə olmasın ki, sabah Braziliyadan, Afrika ölkələrindən dəvət etdiyimiz futbolçu zəng edib burada oynamış həmyerlisindən soruşadan deməsin ki, mən çətinliyə düşəndə dəstək görmədim. Çünki ölkənin adını eşidəndə ağıllarına ilk Bakı gəlir. Xəritəni açıb Tovuzu tapanda vallah bura gəlmirlər. Gələnlərin də qiyməti realdan baha olur. Məsələn, qiyməti 10 manat olanda məsafəyə görə 20 manat istəyir. Bunlar hamısı çətinlikdi. Azarkeş bunu hardan bilsin? Çıxıb qınayırlar ki, digər klublar oyunçu tapır siz niyə futbolçu gətirmirsiz? Anlamaq lazımdır ki, digər klublar hamısı Bakıda oturub. Legionerlər də öz həyatını düşünür. Ailəsinin əyləncəsi var, övladlarının təhsili var v.s. Ötən mövsüm adicə Runi Evanı, Nathan Oduvanı saxlaya bilmədik. Bizi eşitmirlər. Bura gəlməkdə maraqlı deyillər. Bura mənim üçün doğmadı, əzizdi, dəyərlidir. Kimsə istəməyə bilər. Amma azarkeş də bilməlidir ki, mən də tovuzluyam. Kimsə məndən çox qələbə qazanmağı istəyə bilməz. Mümkün deyil. Mən udmaq istəmirəm? Niyə mən udanda da, uduzanda da uşaqları yanlarına gətirib əl çalıb, təşəkkür edirik? Bu da bir mərhələdir. Qurban müəllim "Qarabağ"ı 1 günə qurdu, yoxsa iki günə? Neçə illərin zəhməti var komandada. Lap götürək "Zirə"ni, Rəşad Sadıqov 4 ildən çoxdur buradadır. "Zirə"nin azarkeş kütləsi çox azdır. Maşallah bizdə çoxdur. Bəs dəstək olun da. Ola bilər ayağımız büdrəyər. Evimin içində olan adam ayağım büdrəyəndə kürəyimə bıçaq sancanda mən nə etməliyəm? Ehtiram müəllimin Allah köməyi olsun. Kluba sahib çıxdı. Gecə-gündüz gəlib-gedir. Akademiya binası tikilir, tablo, işıq dirəkləri qurlaşdırıldı. Ot örtüyü dəyişdiriləcək. İnfrastruktur günü-gündən yaxşılaşdırılır. Baxacaq bu insanlar bir dəfə, iki dəfə belə edir, o da sonda küsəcək.
- Çətin günlərdə əziyyət çəkib bu yerə gəlmisiniz. Bugünkü münasibəti görəndə etdiyiniz xidmətlərə görə sizdə küskünlük yoxdur?
- Yox, vallah bizdə elə hiss yoxdur. Bir çox futbolçularla söhbətdə mən də iştirak etmişəm. Ayxan Abbasov bizim hara getdiyimizi, bizi nəyin gözlədiyini ilk günlərdə deyirdi. Bunlar danışılası şeylər deyil. Haradan hara gəldiyimizi danışsaq, həmin azarkeş bəlkə də utandığından gedib evdə oturacaq. Bizim qidamızda belə zəifçilik ola bilər. Bunu legionerə necə demək olar? Yerlilərə başa salırsan ki, elə edək bir maykamız 5 ədəd kimi görünsün. Vermeşil yeyəndə kabab kimi göstərmişik. Qıraqdan baxan da elə bilir ki, gündə kabab yeyib bura gəlmişik. Kababdan yeyib, araqdan içən sizsiz. Gəlib burda istefa-istefa qışqırırsız. Əziyyətini də biz çəkirik. Mən təmiz danışıram. Özüm də tovuzluyam. Bu komanda çempionatda qalmaq üçün bizə lazımdır. Hədəf başqa şey olsaydı, rəhbərlik baş məşqçi ilə başqa şeylər haqqında danışacaqdı. Bunların məntiqi ilə akademiya binası bizə lazım deyil. Sabah Ehtiram müəllim getsə, binanı da özü ilə aparmayacaq. Tablosu, işıqlandırma dirəkləri və.s kluba qalacaq. Bir tovuzlu kimi bütün bunlar bizə qalacaq. Övladlarımız faydalanacaq. Bir iş adamı çıxsa və Ehtiram müəllim də işlərinin çoxluğundan klubu həmin şəxsə həvalə etsə deməyəcək ki, otu mən əkdirmişəm biz özümüzlə aparaq. Ehtiram müəllim 3-5 günlük plan fikirləşsəydi, pulu ancaq yaxşı legionerlərə ayırıb 2-3 yaxşı nəticələr göstərib gedərdi. Amma o addım-addım uğura getmək istəyir. İllərdi Azərbaycan futboluna belə bir iş adamı gəlmir. Bu adamın qədrini bilmək lazımdır.
Elsevər Muradzadə/Tovuz