
"Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviç ilə yolları ayırıb.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. Onunla olan müqavilənin müddətinin uzadılmaması barədə qərar verib.
Klub Miodraq Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Bojoviçin rəhbərliyi altında “Neftçi” mövsümü 5-ci yerdə başa vurub, kubokun finalına adlaya bilməyib. Nəticədə komanda avrokuboklardan kənarda qalıb.
Xatırladaq ki, 55 yaşlı montoneqrolu mütəxəssis 2023-cü ilin dekabrın sonlarında "Neftçi"nin baş məşqçisi təyin edilmişdi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması