Türkiyə Super Liqasında mövsümünü 7-ci pillədə başa vuran "Sivasspor" "Qarabağ"ın futbolçusu Toral Bayramovla maraqlanır.
Sportliqa.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Bülent Uyqun məlumat verib verib. Mütəxəssis "CBC Sport"da yayımlanan "Türkiyədən futbol" verilişinə telefonla qoşularkən bu barədə danışıb:
"Toral Bayramov çox bəyəndiyim cinah müdafiəçisidir. Transfer siyahımızda ilk sırada qərarlaşan oyunçulardandır. Rəhbərliyə bu barədə məlumat vermişəm. İnşallah məbləğdə razılaşılarsa, futbolçu da gəlmək istəyərsə, çox sevinərik. Alternativli mövqelərdə oynaya bilən profildir", - deyə Bülent Uyqun qeyd edib.
Qeyd edək ki, 23 yaşlı sol cinah futbolçusu bu mövsüm keçirdiyi 53 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə edib.