Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Ülvü İsgəndərov qarşıdakı 1 il ərzində komandamızın formasını geyinəcək. Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasovla da müqavilə imzalayıb.