"Səbail" klubu baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il "dənizçilər"ə rəhbərlik edəcək.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq baş məşqçisi 2022-ci ildən etibarən "Səbail"də çalışır. Komanda Premyer Liqasının son mövsümünü 42 xalla 7-ci pillədə başa vurub.