“Kəpəz”in aparıcı fiqurlarından olan Georgi Papunaşvili Azərbaycanda klubunu dəyişib.
Sportliqa.az Sportinfo.az-a istinadən xəbər verir ki, “Səbail”lə oyunda zədələnərək bir neçə həftəlik sıradan çıxan 28 yaşlı legioner “Sumqayıt”a üz tutub.
Cari mövsümdə Premyer Liqada meydana çıxdığı 19 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Gürcüstan millisinin sabiq üzvü Konfrans Liqasında mübarizə aparacaq “kimyaçılar”la 1 il müddətinə anlaşıb.
Gəncə klubu onu saxlamağa çox çalışsa da, yarımmüdafiəçi daha yaxşı müqaavilə şərtləri təklif edən ”gənclik şəhəri” təmsilçisinin yolunu tutub.
Papunaşvili "Real Saraqosa", "Rasinq", "Verder", "Apollon" kimi klublarda da çıxış edib.