İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası XXXVI tur
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Zirə” – “Səbail” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Zirə” – “Səbail” oyunu bitdikdən sonra “Zirə” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Zirə” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Zirə” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Zirə” – “Səbail” oyununun 70-ci dəqiqəsində “Səbail” klubunun 88 nömrəli futbolçusu Valdemar Almeyda ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Səbail” klubu 500 manat cərimə edilir (maddə 36.5);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sumqayıt” – “Qəbələ” oyununun 90+5-ci dəqiqəsində “Sumqayıt” klubunun tərcüməçisi Şahin Abdullayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 36.8);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sumqayıt” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Neftçi” klubunun 6 nömrəli futbolçusu Dieqo Valdez təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Neftçi” klubu 3000 manat cərimə edilir (maddə 40.3);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 43.4);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 52.1);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyunundan əvvəl “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Sabah” klubunun 28 nömrəli futbolçusu Kahim Parris təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Sabah” klubunun 3 nömrəli futbolçusu Con İrasabal təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Sabah” klubunun 6 nömrəli futbolçusu Abdulax Xaybulaev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir (maddə 40.3);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Sabah” klubu 3000 manat cərimə edilir (maddə 38);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
26.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
Əvəzedicilər liqası XXXVI tur
27.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
27.05.2024-cü il tarixində Əvəzedicilər liqasında XXXVI turun “Turan Tovuz-2” – “Kəpəz-2” oyunundan əvvəl “Turan Tovuz-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz-2” komandası 150 manat cərimə edilir (maddə 52.2);
II Liqa pley-off ilk oyun
29.05.2024-cü il tarixində II Liqada pley-off mərhələsinin ilk oyunu “Şəfa” – “Hypers” oyununda “Şəfa” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəfa” komandası 150 manat cərimə edilir (maddə 52.2).