Bu yay ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanan "Sumqayıt" gözlənilməz problemlə üzləşib.
"Kimayçılar" qitəmiqyaslı turnirdə ev oyunlarını yeni istifadəyə verilmiş Mehdi Hüseynzadə adına stadionda keçirə bilməyəcək.
Səbəb? Problem ondadı ki, bu yaxınlarda UEFA-dan gələn təftiş komissiyası çatışmazlıqlar səbəbindən arenada beynəlxalq oyunlar keçirməyə icazə verməyib. Ali futbol qurumunun nümayəndələri Sumqayıt klubunun rəhbərliyinə problemləri aradan qaldırmaq üçün vaxt verib. Lakin çatışmazlıqlar o qədər çoxdu ki, onları yoluna qoymaq bir-iki həftənin işi deyil. Xüsusilə təxliyə ilə bağlı problem qabardılıb.
Qeyd edək ki, "kimyaçılar"a "Mehdi Hüseynzadə" də oynamağa icazə verilməsə, Samir Abasovun komandası rəqibini 1500 tutuma malik "Kapital Bank Arena"da qəbul etmək məcburiyyətində qalacaq.
sport24.az