
“Sabah”ın futbolçusu Anatoli Nuriyev “Qarabağ”ın maraq dairəsindədir.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan milli komandasının üzvünü bu yay heyətinə qatmaq istəyir.
“Qarabağ”ın məşqçilər korpusu Anatolini sərəncamında görmək istəyir. Lakin “Sabah”ın buna razı olub-olmayacağı dəqiq deyil.
28 yaşlı futbolçunun “Sabah”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Munkaç”, “Sredne”, “Stal”, “Minay”, “Kolos”(hamısı Ukrayna), “Sumqayıt”da oynadıqdan sonra 2022-ci ilin iyul ayında “Sabah”a keçib.
apasport.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması