"Neftçi"nin tarixinə düşəcəyimi gözləmirdim.
Sportliqa.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi" komandasının kapitanı Emin Mahmudov deyib.
31 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində Azərbaycan çempionatlarında 183-cü oyuna çıxaraq klubun tarixinə düşməsi barədə danışıb: "Düzünü desəm, belə rekord göstəriciyə çatacağımı gözləmirdim. Təbii ki, bu çox sevindirici haldır. "Neftçi" kimi tarixi olan komandada bu qədər oyun keçirmək məni ancaq sevindirə bilər. Çalışacağam ki, komandama daha çox xeyir verim və uğurlar qazandırım".
Qeyd edək ki, Mahmudov Premyer Liqanın sonuncu - XXXVI turunda “Sabah”la görüşdə 183-cü matçını keçirib. Bununla da o, komandanın sabiq futbolçusu İqor Getmana məxsus 182 oyunluq rekordu yeniləyib.