Yayda "Qarabağ"dan ayrılacaq futbolçular müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, komandanı qapıçılar - Andrey Lunyov və Luka Quqeşaşvili tərk edəcək. Andrey Rusiyanın "Dinamo Moskva" klubu ilə razılığa gəlib. Quqeşaşvili isə Avropa çempionatından sonra yeni klubuna keçəcək. 3-cü qapıçı Amin Ramazanov da başqa Premyer Liqa klubunda praktika qazanmaq istədiyi üçün icarəyə getmək istəyir.
Maksim Medvedev Azərbaycan kubokunun finalından sonra gələcək karyerası ilə bağlı qərar verəcək. Ağdam klubu kapitanına hələ ki yeni sözləşmə təklif etməyib. Böyük ehtimalla, 35 yaşlı futbolçu karyerasını başa vuracaq.
Riçard Almeyda isə vətəni Braziliyaya qayıtmağa hazırlaşır. O, kubokun finalından sonra Azərbaycanı tərk edəcək.
Nihad Quliyev də Ağdam klubunda ayrılacaq. Perspektivli futbolçu "Şamaxı"ya keçəcək.
Əsas heyətdə möhkəmlənə bilməyən Hamidu Keytaya Avropadan da təkliflər var. Bundan əlavə, onu keçmiş klubu "Zirə" də istəyib. Avropa Liqasında mübarizə aparacaq "qartallar" Seneqal əsilli vingerlə danışıqlara başlayıb.
Komandanı tərk edəcək futbolçulardan biri də Adama Diakabi olacaq. O, Fransaya geri dönəcək.
Redon Cica da daha çox oynamaq üçün "Qarabağ"dan ayrılmaq fikrindədir. Redonla Azərbaycanda "Zirə" maraqlanır. Bundan əlavə, "qartallar" ötən mövsüm ağdamlılardan icarəyə götürdüyü İsmayıl İbrahimlini daha bir mövsüm komandada saxlayacaq.