“Sabah”ın sabiq futbolçusu Coy-Lens Mikels Azərbaycana qayıtmağı planlaşdırır.
Sportliqa.az Apasport.az-a istinadən xəbər verir ki, “Neftçi”nin israrla transfer etmək istədiyi 30 yaşlı vingerin yeni mövsümə hansı komandada başlayacağı hələlik müzakirə mövzusudur.
Belə ki, “ağ-qaralar”ın avrokuboklara vəsiqə qazanmadığı üçün almaniyalının “Sabah” və ya “Zirə”yə keçidə müsbət yanaşdığı bildirilir.
Mikelsin hər iki kluba təklif ediləcəyi iddia olunur. Maliyyə şərtlərində razılıq əldə edilərsə, onun Azərbaycana qayıdışı reallaşacaq.
Qeyd edək ki, Coy-Lens Mikels hazırda Səudiyyə Ərəbistnaının 1-ci Liqa təmsilçisi “Əl-Faysali”də çıxış edir. O, “Borussiya” (Münhenqladbax) klubunun yetirməsidir və karyerası ərzində “Allemaniya Ahen”, “Şalke-2”, “Maastrixt”, “Sabah” komandalarında oynayıb.