
Erik Sorqa ilə “Sumqayıt” arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
Sportliqa.az xəbər verir ki, klub estoniyalı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Sorqa ötən mövsümün əvvəlindən bu komandanın uğurları üçün çalışırdı. Bu müddət ərzində 27-si Premyer Liqa və 3 kubok matçında meydanda olub. 24 yaşlı hücumçu bu qarşılaşmalarda 7 qol (5 Premyer Liqa; 2 kubok) və 3 məhsuldar ötürmə (2 Premyer Liqa; 1 kubok) ilə yadda qalıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması