Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç “Qarabağ”ın maraq dairəsindədir.
Sportliqa.az Serbiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu hələ 31 yaşlı qapıçını ötən yay "Apollon"da(Limassol) çıxış etdiyi vaxtda almaq istəyib.
Lakin serbiyalı bu keçidə müsbət yanaşmayıb.
İndi isə “Qarabağ” onun üçün yenidən hərəkət edib. Qolkiperə görə Fransa Liqa 1 klublarından da təkliflər var.
2016-cı ildə Serbiya millisində bir oyun keçirmiş qolkiper “Rad”, “Donji Srem”, “Radniçki”, “Orhus”, “Hueska”, “Deportivo” klublarının da qapısını qoruyub. O, 2026-cı il iyunun 30-da qədər "Partizan"a məxsusdur.