
Ayxan Abbasovu istefaya göndərən “Turan Tovuz” yeni baş məşqçi axtarışındadır. Qərblilər bu posta namizəd saydıqları mütəxəssislərin heç biri ilə razılığa gələ bilməyib.
Sportliqa.az xəbər verir ki, Azər Bağırov və Tərlan Əhmədovla danışıqlardan imtina edən tovuzlular Mahmud Qurbanovla anlaşa bilməyib. “Qarabağ”da çalışan Aftandil Hacıyev də bölgə təmsilçisinin təklifini rədd edib.
Son olaraq Adil Şükürovla danışıq aparan “Turan Tovuz” bu mütəxəssisin razılığını alıb. Amma onu da “Kəpəz” rəhbərliyi buraxmayıb. Məşqçiyə müqaviləsinin bitmədiyi xatırladılıb və yeni mövsüm üçün komanda qurması üçün fəaliyyətə başlaması tövsiyyə edilib.
Belədə tovuzlular əcnəbi məşqçi axtarışına başlayıb. Hələlik konkret adlar yoxdur, amma mövcud büdcəyə uyğun iş görməyə razılıq verəcək mütəxəssis aranır. Klub rəhbərliyi seçimi tez etmək niyyətindədir.
futbolinfo.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması