
“Qarabağ”ın futbolçusu Yassin Benziya Əlcəzair yığmasına dəvət alıb.
Sportliqa.az bu barədə Əlcəzair Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir.
Benziya millinin baş məşqçisi Vladimir Petkoviçin 25 nəfərlik heyətində yer alıb. 29 yaşlı yarımmüdafəçi çıxış etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) komandaları ilə qarşılaşacaq.
Benziya Azərbaycan kubokunun “Zirə” ilə final matçından sonra Əcəzair yığmasının düşərgəsinə qoşulacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması