"Qarabağ" və Əlcəzair millisinin yarımmüdafiəçisi Yassine Benzianın növbəti mövsümə hansı klubda başlayacağı sualı hələ də açıq olara qalır.
Sportliqa.az xəbər verir ki, Əlcəzairin "Competition.dz" portalı əvvəllər Fransa və Almaniyanın yüksək liqa klublarından birinə keçmək istəyən Benzianın indi Səudiyyə Ərəbistanı və ya Qətərə yollanmağa üstünlük verdiyini iddia edir.
"O, gəlirli müqavilə bağlayaraq karyerasını bitirdikdən sonra da həyatını təmin etmək istəyir", - deyə qeyd edilib.
Qeyd olunur ki, 29 yaşlı yarımmüdafiəçi prioritet olaraq agentindən ərəb klubları ilə danışıqlar aparmağı tapşırıb.
29 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.