"Xoşuma gələn təklif olsa, dəyərləndirəcəyəm. Əks təqdirdə, "Dinamo"da qalacağam".
Sportliqa.az xəbər verir ki, bunu Report.az-a açıqlamasında Zaqreb klubunun və Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli deyib.
Hazırda yığmanın düşərgəsində təlim-məşq toplanışında iştirak edən 26 yaşlı hücumçu gələcək karyerası ilə bağlı danışıb: "Açığı, hazırda yeni klub barədə heç nə düşünmürəm. Çünki bütün diqqətimi yığmanın toplanışına yönəltmişəm. Millinin yoldaşlıq görüşlərindən sonra gələn təkliflərə baxacağam".