
“Turan Tovuz”la yolları ayrılan Ayxan Abbasovun işsiz günləri çox çəkməyə bilər.
Sportliqa.az xəbər verir ki, Premyer Liqaya yüksələn “Şamaxı” baş məşqçi postuna onu gətirmək istəyir. Bu haqda Abasov “FutbolPress“ə açıqlamasında dedi:
“İlkin danışıqlarımız olub, ancaq hələ hər iki tərəfdən suallar var. Onlara da aydınlıq gəlsə, real nəticədən danışmaq olar”.
“Şamaxı”da dünən baş məşqçi Ramiz Məmmədovla yollar ayrılıb. I Liqada çempion olan “şirlər” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması