Növbəti mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi sabiq hücumçusu, hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda forma geyinən Mahir Emreli ilə danışıqlara başlayıb.
"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov 26 yaşlı forvardı yenidən sərəncamında görmək istəyir.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, onun Xorvatiya təmsilçisi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Daşqın Əziz